“Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının ixrac olunduğu ölkələr sırasına Maldiv adaları da əlavə edildi.

  TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Belə ki, Maldiv adaları təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün komanda idarəetmə məntəqəsi və 6 “Bayraktar TB2”dən ibarət sistem quracaq. Artıq müqavilə çərçivəsində nəqliyyat vasitələrinin təhvil verilməsinə başlanılıb.

  Xatırladaq ki, Maldiv prezidenti Məhəmməd Muizzu 2023-cü ilin noyabrında Türkiyəyə səfər etmiş, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüş  və Türkiyənin bir sıra müdafiə sənayesi şirkətlərinə baş çəkmişdi.