booked.netbooked.net booked.net  

Qazaxıstan "ANKA" PUA-larının istehsalına başlanılacaq ilk xarici ölkə olub.

Ankarada Türkiyənin ‘‘TUSAŞ’’ və  Qazaxıstanın ‘‘Engineering’’ şirkətləri arasında hərbi-texniki əməkdaşlığa dair memorandum imzalanıb.

Müqaviləyə  əsasən, Qazaxıstanda “Kazakhstan Engineering” törəmə şirkətinin bazasında ANKA-nın zərbə vuran pilotsuz uçuş aparatlarının yığılması və texniki xidməti təşkil olunacaq. Beləliklə, pilotsuz uçuş aparatları Qazaxıstanda Türkiyə ilə birgə istehsal ediləcək.

Qeyd edək ki, "ANKA" PUA-nın Qazaxıstanda müştərək istehsalına dair müqavilə Qazaxıstan nümayəndə heyətinin Ankaraya səfəri zamanı “ Qazaxıstan Mühəndislik ASC”-nin (Engineering) İdarə Heyətinin sədri Temirjan Abdrahmanov və “Türk Aerospace”  (TUSAŞ) prezidenti, professor Temel Kotil tərəfindən imzalanıb.

Müqavilə çərçivəsində PUA-ların birgə istehsalı, eləcə də Qazaxıstan Respublikasının Silahlı Qüvvələri üçün PUA-ların texniki xidməti və təmiri üzrə texnologiyaların transferi və kadrların hazırlanması sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub.

Qazaxıstan “ANKA” PUA-larının istehsalına başlanılacaq ilk xarici ölkə olub.

Xatırladaq ki,  “Anka” PUA-sı 2013-cü ildə Türkiyədə istehsal edilib. Döyüş şəraitində sınaqdan keçirilən PUA-ın maksimal uçuş çəkisi 1700 kq-dır və 350 kq-a qədər faydalı yük daşımaq qabiliyyətinə malikdir. Uçuş müddəti  maksimum 9000 metr yüksəklikdə 30 saata qədərdir. Qanadlarının genişliyi 17,5 metr, uzunluğu təxminən 8 metrdir.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN