booked.netbooked.net booked.net  

Borc içində olduğu bildirilən "Azərbaycan Dəmir Yolları" ASC xarici ölkələrə kömək edirmiş...

Artıq iki ildən çoxdur ki, “Bakı – Balakən” sərnişin qatarı işləmir.

 Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

 “Əvvəllər bunun pandemiya ilə bağlı olduğu bildirilirdi. Lakin şəhərlərarası avtobus reysləri işə salınandan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı açıqlama verdi ki, sərnişin qatarlarının işləməməsi pandemiya ilə əlaqəli deyil. Sonralar ADY rəhbərlərinin çıxışından belə anlaşılırdı ki, ADY-nin xeyli borcu var, dəmir yol xətlərində problemlər var, yenilənmələr aparılmalıdır və nə zaman başa çatacağı ilə bağlı da heç bir ağlabatan açaqılamalar verilməyib” , - deyə ekspert bildirib.

“Bəs, görəsən, səbəb nədir?”, - deyə Osman Gündüz sual edir.

O, qeyd edir ki, ötən gün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin departament rəhbəri Emil Əhmədovun açıqlamasına diqqət çəkərək bildirib ki, o, son zamanlar Gürcüstan və Azərbaycan arasında yükdaşımalarda yaranan problemin Gürcüstan tərəfin mövcud dəmir yol infrastrukturunun zəif olması ilə izah edib.

“Yəni, hazırda Azərbaycandan Gürcüstana doğru TIR növbələri ilə yanaşı qatarların da tıxacının yaranmasını Gürcüstanın imkanlarının yetərli olmaması ilə izah edib. Maraqlı məqam odur ki, Emil müəllim vəziyyətdən çıxış yolu üçün təcili olaraq Gürcüstana köməklik göstərdiklərini, çox sayda elektrovozlar və lokomativlər icarəyə verdiklərini bildirib”.

Ekspertin sözlərinə görə, buradan belə qənaətə gəlmək olar ki, ADY investisiyanı qonşu ölkələrin infrastrukturuna yatırdığından daxili xətlərin bərpasına vəsait çatışmır.

O, baş verənlərin anlaşılmaz olduğunu və artıq iki ildir ki, bu təbii inhisar subyektinin sərnişin daşınmasını dayandırdığını vurğulayıb.

Osman Gündüz “Xətlərin yenilənməsi üçün heç bir yenidənqurma işləri aparmır, bununla əlaqəli heç bir ağlabatan məlumat vermir. Xatırlayıram ki, bir müddət öncə Asiya İnkişaf Bankı da ADY-nın borc içərisində olması haqqında Hesabat paylaşmışdı” bildirb.

 O, ADY-nin yükdaşımalarda problemi olan Gürcüstana kömək əlini uzatdığına təəcübləndiyini bildirib.

“Bunu necə anlamaq olar ?

Belə çıxır ki, bir neçə uğurlu beynəlxalq layihəni gerçəkləşdirən, yükdaşımalarda aktivlik göstərən qurum sərnişindaşımanı, ümumiyyətlə bir kənara atıb.

Düşünürəm ki, bütün bunlar doğru bir yanaşma deyil. Aidiyyatı qurumlar bu məsələyə diqqət yetirməlidir.

Bəlkə ADY-ni özəlləşdirməyə çıxarmaq doğru olardı?

Bildiyim qədər Antiinhisar Dövlət Xidməti də “Azərbaycan Dəmir Yolları”na qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırıb” , - deyə diqqətə çatdırıb.

Doğrudan da, maraqlıdır ki, xətlərin yenilənməsi üçün pul tapa bilməyən, ölkədaxili sərnişindaşımaya dırnaqarası yanaşan ADY Gürcüstanın yükdaşıma ilə bağlı probleminə necə kömək əli uzada bilir, hansı ki, ekspertin sözlərinə görə, Asiya İnkişaf Bankı borc içərisində olması barədə hesabat paylaşıb?..

Xatırladaq ki,  "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovdur.

O, bu vəzifəyə 9 fevral 2015-ci ildə təyin edilib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN