booked.netbooked.net booked.net  

Azərbaycan Hava Yolları QSC hər birinin başlanğıc qiyməti

2000000 manat olan üç ədəd helikopteri 21 iyunda keçiriləcək hərraca çıxarır.

Əlaqəli şəxs Marat Abdulbadayevdir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti -nin saytında xəbər yerləşdirilib. 

Helikoptrelərin ikisinin buraxılış ili eyni, birinin isə fərqli olsa da start qiymətləri eynidir – 2000000 manat.

Belə ki,  iki ədəd Airbus Helicopters EC-155B1 -2005- ci il, digəri isə Airbus Helicopters EC-135P2 isə 2009-cu il istehsalıdır.

Xatırladaq ki, AZAL artıq ikinci dəfədir ki, bu helikopterləri satışa çıxarır. Hərracda iştirak etmək istəyən şəxslər isə əvvəlcədən 10% beh ödəməlidir. 

Qeyd edək ki, sabah - iyunun 21-də və 28-də də hərrac keçiriləcək.

Belə ki, sabahkı hərraca 11 kiçik dövlət müəssisəsi, 59 nəqliyyat vasitəsi, 28 iyunda təşkil olunacaq hərraca isə 7  kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili və 30 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Müəssisələr paytaxtla yanaşı, bölgələrdə də yerləşir və əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılacaq.

İlk dəfə hərraca çıxarılan və Şəki şəhəri, Heydər Əliyev prospekti, 61A ünvanında yerləşən yeraltı dayanacaq alıcılara 160.000 manata təklif olunur. Bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 1143 kvadratmetrdir. Hərracda iştirak etmək istəyən şəxs 16.000 manat beh ödəməlidir.

Qazax rayonunun Canallı kəndində yerləşən mağazanın ilkin start qiyməti 14.000 manatdır. Bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 111 kvadratmetr, torpaq sahəsi isə 210 kvadratmetr təşkil edir. Əmlak torpaq sahəsi ilə birgə satılır. Hərracda iştirak etmək istəyən şəxs 1.400 manat beh ödəməlidir

Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Koreya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1982-2013-cü illəri əhatə edir.

 

JASMİN

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN