booked.netbooked.net booked.net  

Azərbaycan Respublikası Hökumətinin maliyyə dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) birgə əməkdaşlığı çərçivəsində “Aqro-Mən” müsabiqəsi keçirilir.

Müsabiqənin təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), FAO-Azərbaycan Ofisi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).

TEZADLAR.AZ xəbər verir ki, müsabiqənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına dəstək olmaq, aqraryönümlü, innovativ biznes təşəbbüslərini üzə çıxarmaqdır. Müsabiqə iştirakçıları təqdim edəcəkləri biznes planlara uyğun olaraq müvafiq aktivlərlə (alət və avadanlıq), o cümlədən müsabiqə tərəfdaşları tərəfindən göstəriləcək dəstək xidmətləri ilə təmin olunacaqlar.

Müsabiqənin şərtləri:

Layihə üzrə alınması nəzərdə tutulan avadanlığın maliyyə dəyəri maksimum 10 000 (on min) manat həcmində müəyyən edilir;

Müsabiqədə 35 yaşa qədər regionlarda yaşayan gənc fermerlər iştirak edə bilərlər;

Biznes ideyası kənd təsərrüfatı fəaliyyət sahəsinə aid olmalıdır;

Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir;

Hər bir müraciətçi (fərdi və ya qrup halında) müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir.

Sənəd qəbulu və məlumatlandırma

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri elektron formada This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməlidirlər:

1. Ərizə forması;

2. Biznes layihəsi;

3. Biznes planın maliyyə qiymətləndirilməsi;

4. Müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

5. Layihənin icra olunacağı təsərrüfatla bağlı müvafiq sənədlər (torpağın müraciətçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasına dair sənəd)

Sənəd qəbulu 8 iyul 2022-ci il saat 18:00-a kimi davam edəcək. Qeyd olunan vaxtdan sonra təqdim olunan müraciətlər nəzərə alınmayacaq. Müsabiqənin nəticələri haqqında məlumatlar tərəfdaşların rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində paylaşılacaq.

Əlaqə üçün: 012 5633269 (Daxili nömrə 112)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN