booked.netbooked.net booked.net  

Yüksək rütbəli dini xadim, mitropolit Stepan Kalaicaşvili prezident seçkilərində Salome Zurabişviliyə səs verdiyi üçün peşman olduğunu bildirib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə mitropolit kilsədəki xütbəsi zamanı bildirib. "Hakimiyyətdəkilərin bir qismi çox sayda faciəyə səbəb olmuş keçmiş hakimiyyəti geri gətirməyə cəhd edir. Hazırkı hakimiyyət də bundan geri qalmır. Bir tərəfdən küçədə xalqı birbaşa əzmirlər, ancaq onlar (Gürcü Arzusu) digər qanunverici aktlarla Gürcüstana daha çox problem yaradıblar. Real olaraq vəziyyət elədir ki, anti-xristian qanunları daha da ağır hal alır. Belə bir vəziyyətdə media azadlığından danışırlar, ancaq sadəcə onlara xidmət edən mediadan. Başqa cür danışan mediaların azadlığı barəsində isə heç kim heç nə demir. Ali baş komandan (Salome Zurabişvili) çıxıb deyir ki, televiziyaların bir qismi bağlanmalıdır. Mən onun dediklərini deyirəm. Ona səs verdiyim üçün utanıram və cəmiyyətimizdən üzr istəyirəm. Nəticəsinin necə olacağını nəzərə ala bilməmişdim və bu bizim ayıbımızdır. Mən sadəcə ona səs vermişdim, müqəddəs Ninonun yoluna gedərək əlində xaç tutmuşdu və bu məni düşündürmüşdü,"-deyə mitropolit Stepan Kalaicaşvili bildirib. Qeyd edək ki, bir müddət əvvəl, Salome Zurabişvili radikallığı ilə seçilən "Alt-info" barəsində danışarkən bildirmişdi ki, bu tipli qruplar tərəfindən Gürcüstanın qərb inteqrasiyasına qarşı yönəlmiş addımların qarşısı alınmalıdır. Prezident demokratik ölkələrdə ümumiyyətlə mediaların bağlanılmasının ən son yol olduğunu, ancaq bu cür radikal medialarla bağlı lazım gəldikdə qanuni mexanizmlərdən istifadənin önəmini də əlavə etmişdi.

24News.ge 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN