booked.netbooked.net booked.net  

Onluğ daxil olan ölkələrin sonunda Qazaxıstan gəlir...

Cari ildə Ermənistana üz tutan turistlərin sayı 50 faiz artıb.

Milli Statistika Komitəsinin məlumatına görə, ilin birinci yarısında Ermənistana gələn turistlərin sayı 588 731 nəfər təşkil edib ki, bu da ötən ilki göstəricidən (243 076) təxminən 50% çoxdur.

Məlumata görə, Ermənistana gələn səyahətçilərin əksəriyyəti kişilərdir - 301 659 nəfər. Eyni zamanda, ziyarətçilərin sayında Rusiya - 251 035, Gürcüstan - 62 874, İran - 48 122 lider olub. İlk beşliyə, həmçinin ABŞ - 13 017 və Almaniya daxildir - 8,554 nəfər.

Sonrakı yerdə Fransa - 7 687, Ukrayna - 7 663, Belarus - 7 553, Hindistan - 6 047. Sonda – onuncu yerdə isə Qazaxıstan qərarlaşıb - 5 069 nəfərlə.

 Xatırladaq ki, cari ilin 6 ayı ərzində Azərbaycana 640 min turist gəlib.

Otellərdə gecələyənlərin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN