Messencerlər vasitəsilə Şimali Qazaxıstan vilayətindəki keçid məntəqələrindən birində sərhədin ruslar üçün bağlandığı barədə xəbər yayılır.

Qazaxıstan KİV-nin məlumatına görə, bildirişdə deyilir ki, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Janarbek Aşimjanov guya Şimali Qazaxıstan vilayətində ruslar üçün sərhədin bağlandığını elan edib.

"Biz bu məlumatı təsdiq etmirik", -  PM-nin mətbuat xidməti KİV-in sorğusuna cavab olaraq bildirib.

Həmçinin Qazaxıstan Respublikasının MTK-sı da guya Qazaxıstan-Rusiya sərhədində buraxılış məntəqələrinin bağlanması ilə bağlı məlumata  münasibət bildirib.

"Məlumat veririk ki, Qazaxıstanın bütün buraxılış məntəqələri normal rejimdə işləyir. Dövlət sərhədindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və malların keçirilməsi Qazaxıstan Respublikasının qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. Rusiya tərəfindən keçid məntəqələrinin bağlanması ilə əlaqədar rəsmi məktub daxil olmayıb”, - komitənin məlumatında deyilir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 21-dən ölkədə qismən səfərbərlik elan edib.

Və səfərbərlikdən yayınmaq istəyən vətəndaşlar qonşu ölkələrə üz tutmağa başlayıb. Bir neçə gün öncə Gürcüstan –Rusiya sərhədində 15 kilometrlik maşın karvanının sıraya düzüldüyü bildirilmişdi.

Artıq Gürcüstan hökumətinin bu gündən etibarən ölkə ərazisinə 18-55 yaş arası rusiyalı kişilərin buraxılmayacağını vəd edib. Bu barədə Gürcüstan parlamentinin üzvü, müxalif siyasətçi Nona Mamulaşvili bildirib.

 

JASMİN