Dünya Müsəlman Alimlər Birliyindən yayılan açıqlamada, episentri Türkiyenin Kahramanmaraş şəhəri olan və bölgə ölkələrini də təsiri altına alan zəlzələ səbəbiylə Birliyin Türkiyə və Suriya xalqları ilə həmrəy olduğu bildirilib.

Zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfa diləndiyi ifadə edilən açıqlamada İslam ölkələri və yardım təşkilatlarına da zəlzələ bölgələrinə təcili yardımların çatdırılması barədə çağırış edilib.

TEZADLAR.AZ xəbər verir ki, Qətər də Kahramanmaraşda 7,7 bal gücündə baş verən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb.

Qətər Xeyriyyə Təşkilatı tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, Türkiye və Suriyaya “Zəlzələ qurbanlarına yardım” şüarı ilə yardım kampaniyası başlayıb.

Açıqlamada bildirilib ki, tibbi yardım, eləcə də humanitar yardım materialları bölgəyə çatdırılmaq üçün böyük səylə hazırlanıb.

Xeyriyyəçilərin kampaniyaya töhfə verməyə dəvət edildiyi açıqlamada zəlzələ qurbanlarının vəziyyətinin pisləşməsinin qarşısının alınması çağırışı edilib.

trt