Qazaxstan telekanalında keçirilən telemarafon zamanı "Demokratiya İnstitutu" Araşdırmalar Birliyinin layihə direktoru Tatyana Başarina deputat seçkilərinin nəticələri ilə bağlı məlumatları açıqlayıb.

Səslər aşağıdakı kimi paylanıb:

Amanat partiyası  - 53,33%;

“Ayıl” Xalq Demokratik Vətənpərvərlər Partiyasına – 11,26%;

Qazaxıstanın "Ak Yol" Demokrat Partiyası - 8,87%;

Qazaxıstan Xalq Partiyası - 6,93%;

“Respublika” partiyası – 8,33%;

Ümummilli Sosial Demokrat Partiyası  - 5,12%;

Qazaxıstanın "Baytak" Yaşıllar Partiyası - 2,51%;

Heç biri - 3,65%.

 

Xatırladaq ki, martın 19-da Qazaxıstanda QR Parlament Məclisinin və vilayət məclislərinin deputatlarına növbədənkənar seçkilər keçirilib. Seçkilərdə yeddi partiyanın nümayəndələri, eləcə də birmandatlı seçki dairələri üzrə namizədliyini irəli sürən bitərəf namizədlər iştirak ediblər.

 

JASMİN