booked.netbooked.net booked.net  

"NATO-ya üzv olmaq üçün müraciət edən İsveçdən gözləntimiz terrorun maliyyələşdirilməsinə, insan toplama və təbliğat fəaliyyətinə son qoyulması və lazımi tədbirlərin görülməsidir".

TEZADLAR.AZ xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransından sonra təşkil edilən mətbuat konfransında etdiyi çıxışda deyib.

İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı suala Çavuşoğlu iyun ayında İspaniyanın paytaxtı Madriddə Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçlü razılaşmaya işarə edib.

Razılaşmanın həyata keçirilib-keçirilmədiyini nəzərdən keçirdiklərini ifadə edən Çavuşoğlu İsveçin yeni hökumətlə antiterror qanununa dəyişiklik edilməsi kimi müsbət addımlar atdığını və bunun müsbət qarşılandığını diqqətə çatdırıb.

Çavuşoğlu çıxışı zamanı "(İsveç) Konstitusiyada da dəyişiklik etdi. Təbii ki, bunların məqsədi nədir? Terrorla mübarizədə konkret addımlar ata bilmək. Nəyə qarşı? İsveçdə PKK-nın, PKK tərəfdarlarının pul toplama fəaliyyətləri, eləcə də adamların toplanması və terror təbliğatına son qoyulması. "Təəssüf ki, Skandinaviya ölkələrində qanunlar terrorla mübarizədə yetərli deyil. Orada inzibati tədbirlərlə DEAŞ bunu edirsə, hamısı bunun qarşısını alır, amma bunu PKK etsə heç kim buna mane olmur, açıq danışaq”, - deyə o bildirib.

Nəticədə PKK və terror təşkilatlarının bu cür fəaliyyətlərinin davam etdiyini vurğulayann XİN rəhbəri onu da deyib ki, İsveçdən gözləntimiz odur ki, bəzi müsbət addımlar atıblar, lakin kifayət deyil. Terrorun maliyyələşdirilməsi, terror təşkilatına cəlb edilməsi və təbliğat fəaliyyətinə son qoyulması, lazımi tədbirlərin görülməsi, bundan başqa, ekstradisiyasını tələb etdiyimiz insanlar var. Bununla bağlı konkret addımlar atılmalıdır.

TRT

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN