booked.netbooked.net booked.net  

2019-cu ildə Qorbaçovun qızı evi yeddi milyon avroya satıb

***

Almaniyada SSRİ-nin keçmiş baş katibi, həm də ilk və son prezidenti Mixail Qorbaçovun qızı İrina Verqanskaya ilə birlikdə yaşadığı Tegernze gölündəki üç mərtəbəli evini sata bilmirlər.

Bu barədə Bild xəbər yayıb.

Qeyd olunur ki, 2019-cu ildə Qorbaçovun qızı evi yeddi milyon avroya satıb.

  İndi bina yenidən qurulur, üç mənzilə (hər mərtəbədə biri olmaqla)  bölünməsi planlaşdırılır. Bir mənzilin qiyməti təxminən üç milyon avro olacaq. Evin interyerini yeniləmək, lift quraşdırmaq, hər mənzilin ayrıca girişi olmaq, həmçinin 17 yerlik yeraltı dayanacaqla təchiz etmək istəyirlər.

Yaxınlıqda daha iki mənzilli yeni bina tikməyi planlaşdırırlar.

Villa 2021-ci ildən satışa çıxarılıb, lakin hələ də alıcı tapılmayıb.

"Təəssüf ki, marketinqə çətin zamanda başlamalı olduq. Əvvəl covid, sonra Ukraynada müharibə. İnsanlar gözləyirlər. Bəziləri bölgədə qiymətlərin aşağı düşəcəyinə ümid edir. Amma bu baş verməyəcək", - deyə şirkətin nümayəndəsi bildirib.

Qeyd edək ki, əgər evin hər mərtəbəsi arzu edilən qiymətə satılarsa 9 milyon avroya satılmış olacaq və 2 milyon gəlir gətirəcək - əlbəttə, təmir xərci də daxil olmaqla...

Xatırladaq ki, Mixail Qorbaçov tarixin yaddaşında dərin izlər buraxıb...

Azərbaycan xalqı isə onu belə xatırlayır: ermənilərin Qarabağda, Zəngəzurda... bədxah əməllər üçün baş qaldırması ilə, 1990-cı ildə  20 yanvar  qətliamını törədən SSRİ qoşunlarını (tərkibində ermənilərin olduğu) Bakıya və bəzi rayonlarımıza yeridib beynəlxalq cinayət törətməsi ilə, sonradan ermənilər tərəfindən Qarabağın işğalı, soydaşlarımızın Zəngəzurdan didərgin salınması ilə (qətlə yetirilərək, girov götürülərək), ev-eşiksiz qalan yüz minlərlə insanın illər uzunu əzab -əziyyəti, amansızlıqla qətlə yetirilənlərin ailələrinin, qohumlarının qurumayan göz yaşları, tökülən qanlar ilə...

Maraqlısı budur ki, Qorbaçov 1990-cı ilin 15 oktyabrında "Bugünkü Beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən Sülh prosesindəki aparıcı roluna görə" Nobel Mükafatına layiq görülmüşdü...

Qeyd edək ki, illər sonra Mixail Qorbaçov özünün yazdığı  “Həyat və islahatlar” kitabında 20 yanvar hadisələrinə toxunub və təəssüfləndiyini bildirib. Lakin yenə də özünə haqq qazandırmağa çalışaraq “fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi”, - deyə qeyd edib.  

Ötən il isə Qorbaçov 92 yaşında, böyrək çatışmazlığından dünyasını dəyişib və onu vəsiyyətinə uyğun olaraq, Moskvanın Novodeviçi qəbiristanlığında, həyat yoldaşı Raisanın yanında - ailə məzarlığında dəfn ediblər...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN