Özbəkistan Müdafiə Nazirliyinin mətbuat mərkəzinin yaydığı məlumata görə, Daşkənddəki “Özbəkistan” Beynəlxalq Forumlar Sarayında Mərkəzi və Cənubi Asiya ölkələrinin Baş Qərargah rəislərinin konfransı keçirilib.

Tədbirdə Özbəkistan, ABŞ, Pakistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak ediblər.

 TEZADLAR.AZ xəbər verir ki, konfransı Özbəkistanın müdafiə naziri Bahodir Kurbanov və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla açıblar.

Müdafiə Nazirliyindən bildirilib ki, konfrans zamanı regional təhlükəsizlik və sabitlik, terrorizmlə mübarizə və humanitar yardım kimi məsələlər müzakirə edilib.

 

JASMİN