Aşqabadda Türkmənistanın müstəqilliyinin 32-ci ildönümü şərəfinə bayram paradı başlayıb.

Türkmənistan KİV-nin məlumatına görə, paytaxt Aşqabadda - Dövlət Tribunası kompleksinin qarşısındakı meydanda Türkmənistanın müstəqilliyinin 32-ci ildönümü şərəfinə bayram paradı başlayıb.

Paradı Türkmənistan milli televiziyası yayımlayıb.

Hərbi parad ənənəvi olaraq əllərində Türkmənistanın Dövlət bayrağını və ölkə silahlı qüvvələrinin bütün bölmələrinin döyüş bayraqlarını tutan qrupun nümayişi ilə başlayıb.

Hərbi parad çərçivəsində Türkmənistan Silahlı Qüvvələrində xidmətdə olan yerüstü texnika, hərbi təyyarələr və gəmilər nümayiş etdirilib.

Xatırladaq ki, Türkmənistan Respublikası 1991-ci ildə keçmiş SSRİ-dən ayrılaraq öz müstəqilliyini elan etmişdir.

 

JASMİN