Kompleksdən turizm məhsulları alan bütün mütəşəkkil rus turistlər oktyabrın 15-də İsraildən Rusiyaya qayıdıblar.

Bu barədə Rusiya Turizm Sənayesi İttifaqının (RST) vitse-prezidenti Dmitri Qorin mətbuat konfransında bildirib.

"Biz artıq rəsmi şəkildə bəyan edə bilərik ki, kompleksdə turizm məhsullarını alan mütəşəkkil paket turistlər dünən Rusiyaya qayıdıblar. Bu, 100 nəfərdən bir qədər çox idi", - Qorin bildirib.

E.ŞİRİNOV