Əsrin dörddə üçü ərzində İsrail ərəb dünyası ölkələrindən özünün fiziki məhv edilməsi cəhdlərini uğurla dəf etdi və bu tarixçə bu günə qədər davam edir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  rusiyalı tarixçi, tanınmış qafqazşünas alim, politoloq Oleq Kuznetsov “İran İsrailə qarşı müharibəyə başlayacaqmı və bu, Cənubi Qafqaz regionu üçün nə deməkdir?” məqaləsində qeyd edib.

Politoloq məqaləsində İsraildə və Qəzza zolağında yaşayanların milli mənsubiyyətlərindən, İranın ultimatumunun arxasında yatan səbəblərdən, müharibənin hər zaman İsrail üçün qələbə ilə sonuclanmasından və bir çox məsələlərdən bəhs edib, həmçinin İranın İsrailə hücum edəcəyi təqdirdə bunun Azərbaycan üçün nə ilə nəticələnə biləcəyi barədə proqnoz da verib.

Politoloq İsrailin uzun illərdir ərəblərin onlara qarşı məhv etmə müharibələrində həmişə qələbə qazandığını da diqqətə çatdırıb.

“Xahiş edirəm, onları dininə  görə etnik yəhudi və ya iudeylər ilə qarışdırmayın və ya eyniləşdirməyin - onlar ölkə əhalisinin üçdə birindən çox deyil (hər israilli mütləq yəhudi və  ya iudey deyil, hər yəhudi və yaxud iudey də mütləq israilli deyil,  məsələn, Ukrayna prezidenti Vladimir Zelenski yəhudi olsa da, qətiyyən israilli deyil və heç bir halda iudey də deyil), həmçinin aqressiv və qaniçən də deyillər, qarşılıqlı neytrallıq şərti ilə ərəblərlə çiyin-çiyinə yaşamağa hazırdırlar, lakin ərəb radikallarının liderləri onlara belə bir hüquq və imkan tanımır.

Bunun nəticəsində, 1948-ci ildən - yəhudi İsrail dövlətinin elan edildiyi və onun mövcudluğu faktının BMT tərəfindən təmsil olunan beynəlxalq ictimaiyyət tərəfindən tanındığı andan etibarən, Yaxın Şərq bölgəsi aramsız milli-dini müharibələrlə silkələnir və qələbəni də dəyişməz olaraq israillilər qazanır.

Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı indiki müharibə artıq on ikinci ərəb-İsrail müharibəsidir. Əvvəlkilər: 1948-1949, 1956, 1967, 1969-1970, 1973, 1982, 1987-1993, 2002, 2006. 2008- 2009, 2012 -ci illərdə baş verib.

Əsrin dörddə üçü ərzində İsrail ərəb dünyası ölkələrindən özünün fiziki məhv edilməsi cəhdlərini uğurla dəf etdi və bu tarixçə bu günə qədər davam edir”, - tarixçi alim deyir.

 

Y.MƏMMƏDLİ