Təhsilini fərqlənmə diplomu ilə başa vurmuş “Temurbeklər məktəbi” məzunlarına İctimai Təhlükəsizlik Universitetinə imtahansız daxil olmaq hüququ da verilir.

Daşkənddəki “Temurbeklar məktəbi” hərbi liseyinə qızların da qəbulu başlayacaq.

 İndi liseyə yalnız orta təhsil haqqında attestatı olan gənclər qəbul olunur.

 Artıq 2024/2025-ci tədris ilindən etibarən qızlar Milli Qvardiyanın Daşkənd Hərbi Akademik “Temurbeklar məktəbi” liseyində təhsil ala biləcəklər. 

Bu barədə Özbəkistanın Ədliyyə Nazirliyinin mətbuat xidməti ölkə  prezidentinin 30 oktyabr tarixli fərmanına istinadən məlumat yayıb.

Hazırda bu liseyə yalnız məktəbin IX sinfini bitirdikdən sonra orta təhsil haqqında attestatı olan gənclər qəbul olunur. 

“Təmurbeklər məktəbi” məktəblərinin məzunlarına hərbi ali məktəblərə qəbul zamanı topladıqları balın 30 faizi, digər ali məktəblərə isə 15 faizi məbləğində güzəşt edilir. Təhsilini fərqlənmə diplomu ilə başa vurmuş “Temurbeklər məktəbi” məzunlarına hərbi ixtisas seçimini müvəffəqiyyətlə başa vuraraq imtahan vermədən Dövlət Təhlükəsizliyi Universitetinə daxil olmaq hüququ da verilir.

Xatirladaq ki,  2009-cu ildən etibarən Azərbaycanda qızların Ali Hərbi Məktəbə daxil olması dayandırılıb. Müdafiə Nazirliyinin sifariş olmadığından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu qəbulu aparmır. 

İki il öncə isə qadınlara ali hərbi məktəblərdə təhsil almaq imkanı yaradılması təklif edilib.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində bildirilib.

Belə ki, məruzdə qadınların təhsil və bərabərlik hüququnun təmin edilməsi məqsədi ilə onların xüsusiləşdirilmiş ali hərbi təhsil müəssisələrində təhsil almaq üçün müraciət etmək imkanlarının təmin olunması təklif edilirdi.

 

JASMİN