USAID dünyada inkişafı deyil, xaosu stimullaşdırır.

Oktyabrda Gürcüstanda baş verən hadisələrdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin yəni USAİD-in adı geniş şəkildə hallanırdı. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti açıqlama yayaraq, USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalıları maliyyələşdirməkdə ittiham etmişdi. Bu ittiham əsassız deyildi. Gürcüstan hökmutənin əlində yetərincə sübutlar var idi.

Bəs USAİD nə işlə məşğuldur?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin proqramları ilə əsasən kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. Bu, aysberqin görünən üzüdür. Aysberqin görünməyən tərəfi isə ondan ibarətdir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi öz əməliyyatlarını həyata keçirmək məqsədilə USAID-dən pərdələnmək üçün istifadə edir. USAID-in davamlı olaraq bir ölkədə görünməsi həmin dövlətin daxili işlərinə qarışmaq, siyasi proseslərə müdaxilə etmək, hakimiyyət çevrilişlərinə cəhd məsələləri deməkdir. Maraqlısı budur ki, təşkilat Azərbaycanda da uzun illərdir ki, fəaliyyət göstərir.

TEZADLAR.AZ xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli xezerxeber.az- a deyib ki, bu təşkilat ABŞ-ın siyasətinə boyun əyməyən dövlətlərin vətəndaş cəmiyyəti institutlarını "qrantlar vermək" adı ilə ələ alır və təxribat yönümlü fəaliyyət göstərir.

Müşfiq Ələsgərli  deyir ki, rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir.

O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə də ehtiyac yoxdur.

TEZADLAR.AZ xatırladır ki, bir müddət əvvəl USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Nerbass yerli KİV-ə açıqlamasında bildirmişdi ki, USAID ABŞ-Azərbaycan biznes əlaqələrinin inkişafına kömək edir ki, bu da Azərbaycanda yeni texnologiyaların tətbiqinə yardım edir. Və o, müsahibəsi zamanı həyata keçirdikləri layihələrdən,  söz açıb.  

Hətta vurğulayıb ki, USAID 1990-cı illərin əvvəllərində 800 000-dən çox məcburi köçkünə mənzil, məktəb təmiri, ilkin səhiyyə, su təchizatı, kənd təsərrüfatı kimi sahələrdə dəstək verib.

Video:

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN