Avropa İttifaqının səfiri Pavel Herçinski Kvemo Kartli regionuna, xüsusən də Marneuliyə səfəri çərçivəsində yerli bələdiyyə ilə yanaşı QHT sektoru o cümlədən yerli fəallarla görüşüb və onları dinləyib.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Aİ səfiri xüsusi ilə Qırmızı Körpü qeyri hökumət təşkilatı ilə maraqlanıb və təşkilatın ofisinə baş çəkərək azərbaycanlı və gürcü gəncləri ilə görüşüb. Səfir gəncləri dinləyib, suallarına cavab verib və Gürcüstanın demokratiya və Avropa İttifaqına üzüvlük haqqında öhdəliklərindən danışıb. Herçinski gənclərlə görüşdükdən sora təşkilatın təsisçiləri ilə xüsusi görüş keçirib və gələcək planlarla bağlı, o cümlədən əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Xatırladaq ki, ötən gün Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Marneuli şəhərində və Samşvilde kəndində olub.