Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev alimlərin, ekspertlərin və fəal vətəndaşların, xüsusən də könüllülərin dövlət qulluğuna cəlb edilməsini vacib hesab edir.

TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Prezident Tokayev qeyd edib ki, ölkədə ədalətli dövlət və inklüziv cəmiyyət qurulur, ona görə də dövlət qulluğunda gender balansının təmin edilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir.

 “Dövlət aparatında qadınların xüsusi çəkisinin 55%-ə yaxın olmasına baxmayaraq, rəhbər işçilər arasında bu rəqəm aşağıdır – 39%. Mənim dövlət qulluğundakı təcrübəm göstərir ki, qadınların bu işə cəlb olunması lazımdır.

Əvvəla, kişilərin xətrinə dəyməz, hər halda adınlar işə daha diqqətlidir, daha hərtərəfli yanaşırlar, korrupsiyaya təzahürlərinə və əməllərinə məruz qalmırlar”, - deyə Prezident gənclərin kadr ehtiyatı forumunda çıxışı zamanı qeyd edib.

 Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin statistikası qadınların özlərini daha məsuliyyətli apardığını göstərir.

 “10%-dən azını qadınlar təşkil edən siyasi qulluqçular arasında ciddi disbalans müşahidə olunur. Dövlət qulluğunda gənclərin payında da fərqlər var. Dövlət qulluğunda qadınların, gənclərin, əlilliyi olan vətəndaşların sayını artırmaq lazımdır. Xüsusən də onlara rəhbər vəzifələrdə işləmək üçün daha geniş imkanlar verilməlidir”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.

 

JASMİN