Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli və daimi həllə nail olmaq üçün səylərini davam etdirəcəyini bəyan edib.

TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasının ikinci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edilib. Bəyanatda bildirilib ki, münaqişənin Ukraynaya dağıdıcı təsirləri getdikcə artır, regional və qlobal səviyyədə mənfi nəticələri dərinləşdirir. 
''İnanırıq ki, zaman keçdikcə diplomatik münasibətləri bərpa etmək üçün əlverişli şərait yaranacaq. Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli və daimi həllə nail olmaq üçün səylərimizi davam etdirəcəyik”, - bəyanatda vurğulanıb.