Hökumət prezident Salome Zurabişvilinin Litvaya səfərinə icazə verməkdən imtina edib.

TEZADLAR.AZ 24news.ge-yə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Kobaxidzenin müvafiq fərmanı hökumətin saytında dərc edilib. Məlumata əsasən, Prezident Litva Respublikasının Vilnüs şəhərinə işgüzar səfəri ilə bağlı martın 27-də hökumətə müraciət edib. Qeyd edək ki, S. Zurabişvili aprelin 10-12-də Litvaya işgüzar səfər etməyi planlaşdırır.