Azərbaycana gələn ərəb turistlərinin sayında kəskin artım qeydə alınıb.

3 illik azalmadan sonra yenidən Körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 5 ayında əvvəlk ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Bu dövrdə Avropa İttifaqıdan və MDB gələnlərin sayında isə dəfə deyil, faiz artımları qeydə alınıb: uyğun olaraq 31,1 və 24,0 faiz.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, körfəz dövlətlərindən gələnlərinin sayının artması turzim mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır.

Ölkəyə gələn turistlərin sayına görə ilk üçlükdə isə Rusiya, Türkiyə və Hindistan qərarlaşıb. Hindistandan gələn turistlərin sayındakı artım üçlüyün üçüncüsü edib.

"Bütövlükdə, bu ilin yanvar-may aylarında Azərbaycana 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox tursit gəlib. Gələnlərin 28,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

Hindistandan gələn turistlərin sayındakı artımlar bu ölkəni ilk üçlüyə daxil olmasına səbəb olub. İndiyədək Azərbaycana ən çox turistin gəldiyi 3 ölkə yalnız qonşu dövlətlər olurdu.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Bəhreyndən - 1,7 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə artıb", - deyə bildirib.

 

İqtisadçı vurğulayıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur.

"Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 5 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır", - Vüqar Bayramov diqqətə çatdırıb.

 

Çox təəssüf ki, hələ də pandemiyadan əvvəlki dövrə belə qayıda bilmirik və yaxın qonşumuz olan Gürcüstan qədər ölkəmizə turist cəlb edə bilmirik: ən birincisi isə əl yandıran qiymətlərdir. Yerli turistlər belə rayonlarda həftəsonu istirahət etmək üçün azı bir aylıq məvaciblərini sərf etməlidir - əsasən də qidalanma və gecələmə ilə bağlı qiymətlər həddən ziyadə bahadır...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN