Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvar ayının 29-da gecə və səhər saatlarında ölkə ərazisindəki magistral avtomobil yollarının bəzi hissələrinin dumanlı olacağı gözlənilir.

Ölkə ərazisində gözlənilən dumanlı hava şəraitinə görə, Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Xaçmaz, Quba-Qusar, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Bəhramtəpə-Biləsuvar, Bərdə-İstisu, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağdam-Füzuli-Horadiz, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Naxçıvan-Şahbuz, Lənkəran-Lerik magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq.

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA