“Düzgün yönəldilmiş investisiyaların sayəsində Gürcüstanda dövlət və beynəlxalq əhəmiyyətli yolların vəziyyəti yaxşılaşdırılır”.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı söyləyib. Hökumət başçısı gələcək illərdə infrastruktur layihələrə 31 milyard lari vəsaitin xərclənəcəyini bildirib. İ.Qaribaşvili Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun inşası məsələsinə də toxunub: “Müasir təhlükəsizlik standartlarına cavab verəcək Qırmızı körpü-Sarpi avtomobil yolunun inşası başa çatdırıldıqdan sonra səyahət müddəti yarıyadək azalaraq 8 saat əvəzinə 4 saat təşkil edəcək”, - deyə baş nazir bildirib.