Seul Mərkəzi Dairə Məhkəməsi "Samsung" şirkətinin faktiki rəhbəri Li Çje Yonu (Lee Jae-yong)

güclü yuxu həbi olan propofoldan qeyri-qanuni istifadə etdiyinə görə 70 mln. Cənubi Koreya vonu (60 min ABŞ dollarından çox) məbləğində cərimələyib. Apa bu barədə  "Ryonghap" agentliyinə istinadən xəbər yayıb.

Bundan başqa, məhkəmə daha 17 mln. vonun (14,5 min dollar) müsadirə edilməsinə qərar verib. Faktiki olaraq şirkətlər qrupuna rəhbərlik edən "Samsung"un varisi "Narkotiklərə nəzarət haqqında" qanunun pozulmasında təqsirli bilinib.

Qeyd edək ki, Cənubi Koreyada propofolun yalnız plastik cərrahiyyə klinikalarında istifadəsinə icazə verilir. İttiham tərəfi bildirib ki, 2015-ci ilin yanvarında və 2021-ci ilin mayında Li Çje Yon sözügedən preparatdan 41 dəfə başqa məqsədlər üçün istifadə edib.

Xatırladaq ki, Li Çje Yon bu ilin yanvar ayında rüşvət almaqda və vəsaitlərin mənimsəməsində ittiham olunaraq 2 il 6 ay həbs cəzasına məhkum edilib. Daha sonra Cənubi Koreyanın Ədliyyə Nazirliyi biznesmenin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib. Ölkənin Baş nazir Kim Bu Gyom (Kim Boo-kyum) isə ümumi qaydalara zidd olaraq "Samsung"un faktiki rəhbərinin şirkətin vitse-prezidenti vəzifəsinə qayıtmasını dəstəkləyib.

TEZADLAR.AZ


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA