booked.netbooked.net booked.net  

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu üçün polis tərəfindən cərimələnib.

Məlumata görə, Əli Əliyev vaksini olmadan noyabrın 25-də saat 20:00 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsi 7 ünvanında yerləşən "Cıdır" restoranında toy mərasiminə qatılıb. Sözügedən restoranda polis tərəfindən aparılan yoxlama zamanı Əli Əliyevin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozması faktı aşkarlanıb.

Nəticədə, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən Əli Əliyev qanunun tələblərinə uyğun olaraq, 200 AZN cərimə olunaraq, restorandan uzaqlaşdırılıb.

Xatırladaq ki, Əli Əliyev həm də ixtisasca həkimdir... 

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN