booked.netbooked.net booked.net  

Komandanın prodüsseri və bədii rəhbəri Müşfiq Abbasovun ermənilərin tələbi ilə “Şuşa” adını dəyişdirib “Buta” qoyması böyük bir rəzalətdir...

...Soçidə keçirilən beynəlxalq “KVN” yarışmasında baş verənlər nəinki gündəmi zəbt edib, hətta böyük, utanc verici bir qalmaqal yaradıb. “Bu şəhərdə” teatrının prodüsseri və bədii rəhbəri, eyni zamanda Azərbaycanın “Şuşa” adlı “KVN” komandasının prodüsseri Müşfiq Abbasovun olduqca biabırçı addımı heç bir çərçivəyə sığmır.

Məlum olduğu kimi, Soçidə keçirilən beynəlxalq yarışmada “KVN” teatrının rəhbəri Aleksandr Maslyukov, onun müavini Ruben Şaginyan və bu teatrda hansısa işə cavabdeh olduğu bilinməyən Arayik adlı erməni ikinci tura keçmələri üçün Müşfiq Abbasova təklif ediblər ki, “Şuşa” adını dəyişdirsin. Yoxsa, ikinci tura keçmək mümkün olmayacaq. M.Abbasov da heç bir müqavimət göstərmədən ikinci tura keçmək, ad, san, pul qazanmaq naminə “Şuşa” adını dərhal “Buta” ilə əvəz edib. Bütün problemlər də bundan sonra başlayıb. Nəinki Azərbaycan cəmiyyətində, hətta bütün Avropada yaşayan soydaşlarımız bu hadisəni hiddətlə və nifrətlə qarşıladılar. Sosial şəbəkələrdə Müşfiq Abbasova ünvanlı təhqir və söyüşlərin biri-bir qəpik oldu. Mən heç bir soydaşımızın belə rəzil günə düşməsini arzulamazdım. Ancaq, necə deyərlər, özü yıxılan, ağlamaz.

Yox, yox, bizim Müşfiq ağlamaq fikrində deyil, əksinə, hətta üstümüzə hücum da çəkir. Atdığı addımın düzgün olduğunu izah etməyə çalışır. Və axırda da deyir ki, “Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi”. Amma özünün necə bir bədbəxt olduğunu bu adam hələ anlamaq istəmir. O da maraqlıdır ki, anlamır, yoxsa anlamaq istəmir? Məncə, anlamaq istəmir. Nəyə görə? Çünki elədiyi qələtin miqyasını artıq dərk edib və xalqımızı necə təhqir etdiyinin fərqindədir. M.Abbasov çox yaxşı bilir ki, 30 illik işğal dövründə biz Şuşa adını nəinki dəyişdirmədik, bir an da olsun, qəlbimizdən çıxarmadıq. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində xalqımızın birliyi, ordumuzun rəşadəti, Ali Baş Komandan Prezident İlham Əliyevin sərkərdəlik bacarığı sayəsində işğal olunan rayonlarımızla yanaşı, Qarabağın baş tacı olan Şuşa da azad olundu. Artıq Şuşada böyük quruculuq, abadlıq işləri gedir. Şuşa Türk dünyasının mədəniyyət paytaxtı kimi qəbul edilib. Şuşanın yaranmasının 270 illiyi ilə bağlı Prezident İlham Əliyev 2022-ci ili də “Şuşa” ili elan edib.

“Şuşa ili”ndə Şuşaya mənəvi xəyanət

 Göründüyü kimi, dövlət səviyyəsində Şuşaya bu qədər qayğı və diqqət göstərilir. Amma hansısa bir şoumen, düşük ssenariləri ilə “Bu şəhərdə” teatrında xalqımızın mənəviyyatını korlayan, sənətdən bixəbər Müşfiq Abbasov bir erməninin tələbi ilə “Şuşa” adlı “KVN” komandasının adını dəyişib “Buta” qoyur ki, ermənilər və ruslar buna bir “molades” desinlər.

 Bununla M.Abbasov prezidentimizin əleyhinə getdiyinin, şəhidlərimizi, qazilərimizi, veteranlarımızı təhqir etdiyinin fərqindədirmi?  Adama deyərlər ki, “Şuşa” sənin dədənin adıdır ki, istədiyin vaxt onu dəyişəsən? Əgər “Şuşa” adını dəyişmək lazım idisə, onda “Buta” yox, elə “Pota” adını qoyardın. Azərbaycan dilinin izahlı lüğətində göstərilir ki, “Pota” ayı balası və ya donuz balası deməkdir. Nəzərə alsaq ki, bu prosesdə ermənilərin adı var, onda donuz balası “Pota” adı mətləbə daha uyğundur. Çünki ermənilər donuzu çox sevdikləri üçün, onlara böyük məmnuniyyətlə donuz demək olar...

***

...Azərbaycan oxucularına Hollandiyada yaşayan “Azərbaycanın Dostları Cəmiyyətinin” sədri, “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru, eyni zamanda 100-dən yuxarı dəyərli soydaşımızı birləşdirən “Ya Qarabağ, ya ölüm” vatsap qrupunun yaradıcısı Elman Mustafazadə bir şuşalı kimi sosial şəbəkələrdə bu barədə kəskin etirazını bildirib. E.Mustafazadə Müşfiq Abbasovun bu addımına görə Avropada və Azərbaycanda yaşayan soydaşlarımızı “Bu şəhərdə” teatrının hər yerdə boykot edilməsini təklif edib. Bu vatsap qrupunun üzvü Avropada 9 dildə əsərləri çap olunan, dəyərli yazıçımız Ramiz Dəniz məlum vatsap qrupunda Ruben Şaginyan barədə çox maraqlı bir açıqlama ilə çıxış edib. Həmin çıxışı olduğu kimi təqdim edirəm: “Beynəlxalq “KVN” teatrının rəhbərinin müavini olan Ruben Şaginyan belə yarışlarda, turlar arası, iştirakçıların hamısına banket verməklə məşğuldur. Görünür Müşfiq Abbasov da həmin banketdə iştirak edib və ermənilərin də olmayan şərəfinə sağlıqlar deyib. Əlbəttə, M.Abbasov belə bir məqamda “Şuşa” adını dəyişdirərək, ona çörək verən erməni Ruben Şaginyana xoş gəlmək üçün dəridən-qabıqdan çıxıb. Ar olsun Müşfiq Abbasov kimi azərbaycanlıya!”

Avropada yaşayan soydaşlarımız məlum vatsap qrupu vasitəsilə Müşfiq Abbasov barədə daha bir maraqlı faktı araşdırıb, ortaya qoyublar. Bu fakt əsasında Müşfiq Abbasovun erməni sevgisinin kökü ortaya çıxır...

 Əvvəla, Müşfiq Abbasov hər yerdə özünü ağdamlı kimi təqdim edir. Hamının, o cümlədən ağdamlıların diqqətinə çatdırırıq ki, M.Abbasov ağdamlı deyil... Avropadakı dostlarımızın sayəsində öyrəndik ki, M.Abbasovun Bakıda yaşayan qardaşı Bəxtiyar isə, erməni ilə qohumdur.

Bax burada xoruzun quyruğu və M.Abbasovun erməni sevgisinin kökü üzə çıxır. M.Abbasova erməni ilə qohumluğuna görə, iradımız yoxdur. Ona ən böyük iradımız dişi ilə, dırnağı ilə əlçatmaz qayalara, dağlara min bir zülmlə dırmaşaraq, Şuşanı azad edən, bu yolda şəhid olan soydaşlarımızın qanına etdiyi hörmətsizliyə görədir. Şəhidlərin ruhunu təhqir etməyi Müşfiq Abbasova heç kəs icazə verməyib və bunu ona heç kim bağışlamayacaq.

Sən bir ad-san alacaqsan deyə, ermənilərin təkidi ilə, dinc dövrdə qorxaqlıq göstərərək “Şuşa” adını dəyişdirib “Buta” qoymaq, rəzilliyin ən ali zirvəsidir. Hamının bildiyi kimi, 44 günlük savaşda ağır yaralanaraq erməniyə əsir düşən Amin Musayev, ermənilərin əhatəsində onu söyən bir erməniyə, elə həmin andaca söyüşü özünə qaytarmaqla, əsl qəhrəmana çevrilmişdi. İndi Müşfiq Abbasovun müharibə şəraitində olmadan, heç bir əsir düşməkdən söhbət getmədən, erməni və rusun təkidi ilə “KVN” komandasının “Şuşa” adını dəyişdirib “Buta” qoyması, Amin Musayev kimi minlərlə qəhrəman oğullarımızın adına təhqirdir. Amma M.Abbasov ermənilərin təklifini rədd edib, yarışmanı yarımçıq qoyaraq vətənə qayıtsaydı, bütün xalq onları əsl qəhrəman kimi qarşılayacaqdı. Bununla da “Bu şəhərdə” tamaşasında səviyyəsiz, düşük məişət səviyyəsindəki ssenariləri ilə hörmətdən saldıqları nüfuzlarını müəyyən qədər qaldıra bilərdilər. Bildiyimiz kimi, “Bu şəhərdə” tamaşasının aparıcı aktyorları olan Coşqun və Rafaelin, aktyor kimi çox güclü potensialları var. Lakin M.Abbasovun düşük ssenariləri onların potensialının açılmasına imkan vermir və arvad paltarı geyinərək ortaya düşməkdən başqa əllərindən ayrı iş gəlmir. Bu da ki, tamaşaçılarda onlara qarşı acı bir nifrət yaradır. Bütün bunlara son qoyub, həm özünə, həm də komandasına hörmət və nüfuz qazandırmaq şansını M.Abbasov Soçidə dəfn elədi.

Maraqlıdır ki, M.Abbasov komandanın adının dəyişdirilməsinin vacib olduğunu “Şuşa” “KVN” teatrının üzvlərinə çatdıranda, bir nəfər də olsun etiraz etməyib. Yəni bu qədər insanların içərisində qəlbi, ürəyi vətən eşqi ilə döyünən bir nəfər tapılmadı? Bir nəfər də belə utanc hissi olmadı ki, desin ayıbdır, bir erməninin xahişi ilə adımızı dəyişdirsək, Azərbaycanda bizə nə deyərlər?   Azərbaycanda Müşfiq Abbasovun və onun komandasına nə deyildiyi artıq hamıya məlumdur. Allah heç kəsi Müşfiq Abbasov və onun komandasının gününə salmasın...

Elçin MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN