booked.netbooked.net booked.net  

Özünüməşğulluq proqramına yeni sahələr əlavə olunub

Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənib. Bu sıraya bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) əlavə olunub.  

Bununla da artıq vətəndaşlar həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər.

Ümumilikdə proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paket təqdim edilir. 

Cari ilin 6 ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Proqrama müraciət edən şəxslər elektron reyestrdə toplanır, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilir. 

Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: 
dma.gov.az/fealiyyet/fealiyyet/fealiyyet-istiqametleri/ozunumesgulluq-tedbirleri

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir.  Bu dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqaisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində parallel nəticələrin əldə edilməsinə imkan yaradır. Ümumilikdə isə özünüməşğulluq proqramının üstün tərəflərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması;

2. Mikro və kiçik sahibkarlığın inkişafı;

3. Yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması;

4. İctimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəliliyin artırılması;

5. Yoxsulluq səviyyəsinin azaldılması;

6. İqtisadiyyatda inkluzivliyin gücləndirilməsi.

Statistik məlumata görə, özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci ildə proqrama 1172  nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib.

Qeyd edək ki, DMA-nın 2021-ci il üzrə hədəfi 16 min şəxsin özünüməşğulluq proqramına cəlb etməkdir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə muqayisədə 13,6 dəfə artacağını göstərir.

Göründüyü ki, Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə icra edilən bu proqram uğurla davam etdirilir.  Artıq cari ilin 6 ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Həmçinin özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri də əlavə olunub. Yaxın gələcəkdə bu proqrama daha çox işaxtaranın - işsizin cəlb ediləcəyinə ümid edirik.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN