booked.netbooked.net booked.net  

Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin ümumi xarici dövlət borcu 8 milyard dollardan çoxdur.

Hazırda Gürcüstanın Azərbaycana  4,4 milyon ABŞ dolları borcu olduğu bildirilib.

Gürcüstan KİV-nin məlumatına görə,  ölkənin 8 milyard dollar olan ümumi xarici borcunun 7,5 milyard dolları hökumətin payına düşür.

Bəs Azərbaycanda vəziyyət necədir?

Qeyd edək ki, hələ yanvar ayının 1-nə olan məlumata görə, müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 100,4 milyon ABŞ dolları və ya 2020-ci il üzrə ümumi daxili məhsulun (ÜDM) 19 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon dollar və ya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 821,5 milyon dollar (14 milyard 996,5 milyon manat) və ya ÜDM-in 20,7 faizini təşkil edib.

Maliyyə Nazirliyindən bildirilib ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Yanvarın 1-nə birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1 milyard 942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil edib.

Beləliklə, 2021-ci ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanın ümumilikdə xarici dövlət borcu 8 821,5 mln. dollar və ya ÜDM-in 20,7%-ni, ümumi dövlət borcu isə 9,964 mlrd. dollar və ya ÜDM-in 23,4%-nə bərabər olub.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN