Bakının Binəqədi  rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 2 ağacın kəsildiyi, 3 ağacın isə düzgün budanmadığı müəyyən edilib.

“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.
Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Binəqədi rayonu ərazisində ağac kəsilməsi barədə faktlara ilk dəfə deyil ki, rast gəlinir. Neçə illərdir ki, rayonun ərazisində ağaclara qənim kəsilən bu tip şəxslər, hələ də baltalarını yerə qoymayıblar. Bu cür kəmfürsətçilərin əməlləri ilə rastlaşan vətəndaşlar ağac kəsilməsi ilə bağlı şikayətlər edir, əlaqədar qurumları məlumatlandırılar. Hətta bir vaxtlar rayonun 8-ci mikroroyunun bir qrup sakini qanunsuz ağac kəsilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət də ünvanlamışdılar.

Kafe, bina, qaraj tikən, ərazisini genişləndirən, yol çəkən.., ən asand yolu ağacları kəsməkdə, hətta qurudaraq kəsməkdə görürlər. Bəziləri isə “çürümüşdür” deyərək bəhanələr də uydururlar.    

Bir neçə il öncə Binəqədi rayonu, İbrahim Paşa Dadaşov küçəsində olan "Azəri Kafe" adlı məkanın önündə olan ağacları kəsmişdilər, həm də izi itirmək üçün  bir neçə ağacın yerini betonlamışdılar da...

Yazılan cərimələr, açılan cinayət işləri belələrinə dərs olmur ki, olmur.

Məlumata görə, Binəqədidə təkcə 2011- 2018 –ci illər arasında (Google Earth proqramı vasitəsilə -fotoşəkillərin müqayisəsi əsasında ) böyük bir ərazidə yaşıllıqlar yoxa çıxıb. Yaşıllıqların yoxa çıxması isə ən azı 26 min 910 kvadrat metr ərazini əhatə edib...

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA