booked.netbooked.net booked.net  

DETX rəisi: "Havaya normadan artıq tullantı atan obyekt sahibləri barəsində tərəfimizdən ciddi tədbirlər görüləcək”
Havaya atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə 2018-2019-cu illərdə həm Bakı şəhərində, həm də əksər regionlarda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılması, filtrlərin saz vəziyyətə gətirilməsi ilə bağlı tədbirlər görülüb. 2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar əsasən şadlıq saraylarının fəaliyyətini dayandırması ölkənin, eləcə də paytaxtın havasının təmizlənməsinə müəyyən qədər töhfə verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, lakin son aylarda koronavirus pandemiyası ilə bağlı qoyulan bir sıra qadağaların götürülməsi nəticəsində, xüsusən, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən yenidən havaya tüstü və iy-qoxunun yayılması müşahidə edilir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur.

“Bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən və havaya normadan artıq tullantı atıldığından əhalidə narahatlıq yaradan bu vəziyyətin aradan qaldırılması üçün yenidən monitorinq və nəzarət tədbirlərinə başlanılacaq. Havaya normadan artıq tullantı atan obyekt sahibləri barəsində tərəfimizdən ciddi tədbirlər görüləcək”.
Xatırladaq ki, qadağalardan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaya normadan artıq tüstü və zərərli tullantılar atan ictimai iaşə obyektlərinin adlarını açıqlamışdı.

Monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən “Cənnət”, “Xan bağı”, “Xan sarayı”, “Madonna”, “Milord”, “Hissa”, “Grace Hall”, “Ayla2 şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan artıq olduğu müəyyənləşmişdi.

 Binəqədi rayonunda “Sonalar sonası”, “Qızıl tac”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Al saray”, “Amor”, “Röya” şadlıq sarayları da havanı çirkləndirən iaşə obyektləri sırasına düşmüşdü.

Həmçinin siyahıda Xətai rayonunda “Fəridə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, “Leyla”, “Şahzadə”, Nərimanov rayonunda “Şuşa, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıtda şəhərində “Qubadlı”, “Dan ulduzu”, “Şahanə”, “Tural”, “Nurlan” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülvi”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarının da adı yer almışdı.

ETSN isə həmin obyektlərin sahiblərinə təcili tədbir görülməsi barədə xəbərdarlıq etmişdi.  

Göründüyü kimi, restoran, şadlıq sarayları ilə bağlı bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə köhnə problemlər yenidən gündəmə gəldi.

Və yəqin ki, atmosferi çirkləndirən belə obyektlərin sahibləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisinin xəbərdarlığından nəticə çıxaracaqlar.

Y.MƏMMƏDLİ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN