booked.netbooked.net booked.net  

 

  Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatla bağlı proqnozlarına dəyişikliklər edib.

Hesabatda gözlənildiyinin əksinə olaraq, 2022-ci ilə qlobal iqtisadiyyatın daha zəif göstəricilərlə daxil olduğuna vurğulanır. Yeni ştammların meydana gəlməsi ilə bir sıra ölkələrin məhdudiyyətlərin tətbiqini yeniləməsi bu prosesdə öz mənfi təsirini göstərib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirir ki, enerji qiymətlərinin artması və təklif kanallarındakı pozulmalar inflyasiya proseslərinin gözləniləndən daha artıq formada baş verməsi ilə nəticələnib.

“Beləliklə, 2021-ci ilin 5,9 faizlik artımı ilə müqayisədə, qlobal iqtisadiyyatın 2022-ci ildə əvvəlki proqnozlarla müqayisədə yarım faiz bəndi daha az, yəni  4,4 faiz artım göstərəcəyi proqnoz olunur. 2023-cü illə bağlı isə əksinə mövcud artım proqnozu 0,2 faiz bəndi artırılmaqla 3,8 kimi qeyd olunmuşdur. Bu isə daha çox vaksinasiyanın 2022-ci ildə artacağına və xəstəliyin müalicəsinə olan ümid və gözləntilərə bağlıdır.

Qlobal miqyasda iki mühüm məsələ - inkişafda olan ölkələrdən kapitalın qaçışı və qlobal geopolitik risklər yüksək olaraq qalmaqdadır.

Bütün bunları nəzərə alaraq, ölkələrə inflyasiyanın cilovlanması üçün daha sərt monetar siyasət yeridilməsi, limitlənmiş fiskal imkanların isə səhiyyə və sosial istiqamətə yönəldilməsi təklif olunur. Qeyd edim ki, daha öncəki hesabatlarında bank sektoru üçün, xüsusi ilə də inkişafda olan ölkələrdə korporativ borclar, bank olmayan kredit təşkilatlarında həssas maliyyə vəziyyəti, maliyyə bazarlarına çıxış, gəlirliliyin azalması kimi çağırışlarla adekvat mübarizə aparmaq üçün BVF makroprudenisal siyasət çərçivəsinin formalaşdırılmasını tövsiyə edirdi, hansı ki, kifayət qədər aktuallıq kəsb edir.

Eyni zamanda, vaksinləşmənin artırılması, qlobal əməkdaşlığın gücləndirilməsi kimi ənənəvi məqsədlərlə yanaşı, iqlim dəyişikliyi ilə mübarizənin göcləndirilməsinə xüsusi çağırış edilir. Bu isə təsadüfi deyil, çünki iqlim dəyişikliyi ilə qlobal mübarizənin “iqlimin xilası” üçün deyil, məhz iqtisadiyyatların özünün inkişafı naminə aparıldığı təsdiqlənən dayanıqlı inkişaf çağırışıdır”,- deyə ekspert qeyd edir.

Xatırladaq ki, ötən il Beynəlxalq Valyuta Fondu (IMF) dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi hesabatında  qlobal iqtisadiyyatın 2021-ci ildə 5,5 %, 2022-ci ildə isə 4,2 % artım nümayiş etdirəcəyini açıqlamışdı.

Qeyd edilirdi ki, müvafiq artım tendensiyalarının qlobal ticarətdə də davam edəcək və növbəti iki ildə, müvafiq olaraq, 8,1 və 6,3 %-lik artım trendləri müşahidə olunacaq.

Və Brent, Dubay və WTI neftinin orta qiyməti əsasında hesablanan bu proqnozlarda 2021-ci ildə dünya bazarlarında neft qiymətlərinin 50 ABŞ dolları/barellə çatacağını proqnozlaşdırmışdı...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN