Abşeron sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib. Nəticədə 100 kvm sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Ü. Höccətovun yanmış meyiti tapılıb. Araşdırmalarla Ü. Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.