booked.netbooked.net booked.net  

...Neçə gün əvvəl "Təzadlar"da bir yazı dərc edilmişdir...

Həmin yazıda taksi sürücüsü danışırdı ki, hər gün xidmət göstərdiyi gözəl, mədəni geyimli, tərbiyəli bir gənc xanımı bu dəfə harasa aparanda dəhşətə gəlib. Cibindən pul  çıxaranda xanımın əlində "patı"nın bükümünü görüb. Və məlum olub ki, həmin gənc xanım "patı"nın sayəsində zəlil vəziyyətə düşüb...

Bu gün isə məlum olur ki, ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (“patı”) dünyasını dəyişib. Bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib. O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır. İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.

Bu dəhşətli statistikadan nəticə çıxarmağa dəyər. Sual: qadınları narkotikə sürükləyən nədir, bu səbəbin anatomiyasını tapan yoxdurmu??? Ölkənin hüquq mühafizə orqanları bu məsələdə səfərbər olmalıdır. 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN