Nəhayət, Yeni Azərbaycan Partiyası (YAP) da iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib. Partiya baş vermiş hadisədən təəssüf hissi keçirdiyini ifadə edib.

"Faktla bağlı hüquq-mühafizə orqanlarında aşardırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək", - partiyadan vurğulanıb. 

 Təbii ki, YAP hakim partiyadır və onun sıralarında Daxili İşlər orqanı əməkdaşının döyülməsinə bais olan şəxs ola bilməz. Təbii ki, YAP rəhbərliyi deputatın bu hərəkətini qəti pisləməklə, qanuna müvafiq tədbirlər görəcək. Deputat dövlətin əsas strukturunda çalışan polis əməkdaşını döyüb xəsarət yetirirsə, bu həm də DİN-nin imicinə ağır zərbədir.

 Onu da qeyd edək ki, bu qanqaraldıcı hadisə iyulun 29-da gecə saat 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Belə ki, E. Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Məsələ artıq Baş Prokurorluğun kurasiyasındadır.

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA