booked.netbooked.net booked.net  

Bakıdan Ağstafaya gedib dələduzluq edən “falçı” qadın saxlanılıb.

Bu barəd Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki,  Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2.000 manat pul alıb. G. Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2.000 manatını dələduzluq yolu ilə mənimsəyib.

Bir müddət sonra üçüncü dəfə rayona gələn G.Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cadugərlik, falçılıq qədim peşələrdən hesab edilir. Bəziləri həyatlarını belə, falçıların məsləhət və tövsiyələrinə uyğun sürüblər.  Müasir cadugərlərin bu günkü gündə də fəaliyyətlərini davam etdirməsinə səbəb, hələ də bir çox insanların həyatlarında baş verən problemlərini, uğursuzluqlarını, xəstəliklərini cadu-tilsimdə görmələridi, yaxub bu vasitə ilə kiminsə həyatına yaxşı və ya pis mənada təsir etmək istəyində olmalarındadır. Məhz bu sayaq insanların bu fırıldaqçılara aldanması, inanması səbəbindəndir ki, hal-hazırda da "cadugərlər - falçılar" rahatca meydan sulayır, hətta televiziya kanallarına dəvət edilir, reklam olunurlar - aralarında veriliş aparanları da olur...

Belə fırıldaqçı "falçıların" tələsinə isə yalnız cahil şəxslər deyil, geniş dünyagörüşə malik, məlumatlı insanlar da düşürlər. "Falçılar" öz "qurbanlarının" zəif damarını tutaraq, istədikləri məbləği onlardan əldə edə bilirlər. Belə "psixoloqlar" bəzi hallarda  mənzili "şər qüvvələrdən" təmizləmək adı ilə vətəndaşların evlərini də qarət edirlər.

Belə görünür ki, tələb olmasa, təklif də olmaz. Yəqin ki, vətəndaşlar da belə dələduz falçılara inanmasa, həm onlar belə qol-qanad açmaz, həm də bu qəbildən olan cinayət hadisələrinin sayı artmaz. 

JASMİN      

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN