booked.netbooked.net booked.net  

Xəbər verildiyi kimi, 21.06.2021-ci il tarixdə Sabirabad rayonu ərazisində Mirqiyas Mirmövsümovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, istintaqla zərərçəkmişin qohumu Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Zaidova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN