Xəbər verildiyi kimi, 30 iyul 2021-ci il tarixdə 1975-ci il təvəllüdlü Nailə Əliyevanın evə gedərkən küçədə öldürülməsi faktı ilə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.

Baş Prokurorluqdan "TEZADLAR.AZ"a bildirilib ki, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürmüşdür.

Elçin Ələkbərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər  Məhkəməsinə göndərilmişdir.


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA