booked.netbooked.net booked.net  

...Bəli, vətəndaşlar şəxsi telefonuna "şəxsi həyatımdır" deyib lazımsız video-fotolar yerləşdirməkdən çəkinməlidir.

Əks halda, bu foto və videolar onun başına əngəl ola bilər... Məsələn, noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini, 2003-cü il təvəllüdlü Fidan Niftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən "Təzadlar"a bildirilib. Aparılan istintaqla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Kərim İbrahimov cari il noyabrın 21-də Fidan Niftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb. Kərim İbrahimov Cinayət Məcəlləsinin 125, 156.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (oğurluq) və 242-ci maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

*** 

Dedik, hər bir şəxs şəxsi həyatına aid foto və videoları telefona çəkib yerləşdirməsinlər. Çünki bir gün həmin telefon itə bilər və ya oğurlana bilər...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN