booked.netbooked.net booked.net  

"Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin

Gürcüstana gələcəyi barədə bəyanatını lağa qoyub. Gürcüstan KİV-nin məlumatına görə, "PaliteaNews"in efirində çıxış edən Kobaxidze, Saakaşvilini yalançılıqda ittiham edib: "Artıq bir neçə seçkidir ki, o bu cür təhdidlər edir. Baxaq, görək Gürcüstana necə gəlir. Bunu edə bilsəydi, bu günədək edərdi. O, qorxaq insandır və buna görə də bu addımı atmayacaq. Bunu insanlar da yaxşı bilir və cəmiyyətimiz onun bəyanatlarını gülüşlə qarşılayırlar", - deyə İ. Kobaxidze bildirib.

Qeyd edək ki, sabiq prezident dəfələrlə  Gürcüstana qayıdacağı barədə videomüraciətlərində bəyanatlar verib. O, aprel ayında da  referenduma qədər Gürcüstana gələcəyini və fiziki olaraq “Milli Hərəkat”ın yanında olacağını bildirmişdi.

 Son müraciətində də o, bildirib ki, Gürcüstan xalqı yoxsulluğu aradan qaldırmaq və layiqli həyat istəyir: “Xalq bataqlıqda, yoxsulluqda, ümidsiz vəziyyətdə yaşamaqdan yorulub, insanlara verilən yeganə perspektiv ölkədən qovulmaqdır. Bu seçkilər yenə də keçiriləcək və millət və tarix qarşısındakı borcumu yerinə yetirəcəyəm, bu dəfə referendumdan əvvəl Gürcüstana gələcəyəm. İvanişvili bu dəfə gürcü xalqını tapdalaya bilməyəcək, onun hakimiyyəti bitdi”, - deyə bildirib.

Xatırladaq ki, siyasi fəaliyyətə 1995-ci ildə başlayan Mixeil Saakaşvili Gürcüstan parlamentinin deputatı seçilib. Saakaşvili 2004-2013-cü illərdə iki müddət Gürcüstanın prezidenti vəzifəsini icra edib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN