...Azərbaycana kütlə halında əsir düşən ermənilərin Bakıdakı məhkəməsi, onların dəstə-dəstə Ermənistana mina xəritələrinin əvəzində qaytarılması və s. fonunda Ermənistan siyasiləri bir məsələdə uduzduqlarını etiraf ediblər.

Ermənistan KİV-ləri yazır ki, ölkənin bir üzdə olan analitik mərkəzi Azərbaycan  mediasını izləyib və son 3 aylıq monitorinqləri başa çatdırıb. Təhlil edəndə başlarını itiriblər. Onlar Azərbaycan mətbuatındakı orduya ictimai dəstəyin, Vətənə və torpağa sevginin, Türkiyə ilə həmrəyliyin, Prezident İlham Əliyevə dəstəyin və s. kimi tendensiyaların dinamikasından məyyus olublar. Beləcə, Ermənistan analitikləri anlayıblar ki, bu ölkənin mətbuatı Azərbaycan mediasının etdiklərini və davam etdirdikləri tendensiyanı ortaya qoya bilməyiblər və bundan sonra da edə bilməyəcəklər.

Təbii ki, bütün bunlar Vətən-Xalq-Ordu-Media həmrəyliyinin bariz nümunəsidir, Azərbaycanın sabahına olan inamın ifadəsidir! Bütün bunların müəllifi isə bu qələbələri Azərbaycana yaşadan Ali Baş Komandandır!

A.Məmmədli