Ozbəkistanın Əfqanıstanla sərhədindəki

Tirmiz poliqonunda Özbəkistan Silahlı Qüvvələri və Rusiya Mərkəzi Hərbi Dairə komandanlığı əsgərlərinin ortaq hərbi təlimləri başlayıb.

Bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbçilər qeyri-qanuni yollarla ölkəyə girən silahlı şəbəkələri zərərsiləşdirməklə bağlı birgə hərbi manevr keçirir.

  Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın avqustun əvvəlindən başlayaraq "Harb-Maydon" poliqonunda Tacikistan və Özbəkistan respublikaları silahlı qüvvələrinin hərbi kontingentlərinin iştirakı ilə birgə təlimdə iştirak edəcəyi, təlimlərdə birlik dövlətinin ərazisini işğal edən qanunsuz silahlı birləşmələrin dəstələrini məhv etmək məqsədilə ortaq qüvvələr qrupu tərəfindən hərbi əməliyyatların aparılmasına hazırlaşacaqları barədə məlumat verilmişdi.

Rusiya mətbuatının məlumatına görə, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkələri "Sərhəd-2021" hərbi təlimlər dövrünə başlayıb. Rusiya tərəfi  eyni vaxtda həm Özbəkistanda, həm də Tacikistanda ikitərəfli hərbi təlimlər keçirəcək. Avqustun 10-dək davam edəcək hərbi təlimlərin payızda da təkrarlanacağı bildirilir.

Xatırladaq ki, Əfqanıstanda əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücuma keçən Taliban qüvvələrinin silahlıları ilə hökumət qüvvələri arasında silahlı qarşıdurma var. ABŞ və NATO ölkələrinin ölkədən rəsmi olaraq qoşunları çıxarmağa başladıqdan sonra isə ölkədə vəziyyət daha da gərginləşib.

Birgə hərbi təlimlərin əsas məqsədi də talibançıların Orta Asiya ölkələri ilə olan sərhədlərin bir hissəsini ələ keçirməsindən sonra Əfqanıstanla sərhədləri gücləndirməkdir. Bu təlimlər yəqin ki, Əfqanıstan hökuməti üçün də əhəmiyyətsiz olmayacaq...

JASMİN


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA