booked.netbooked.net booked.net  

Azərbaycan tarix yazır, yazmaqda davam edir... Bu tarixin daha bir şanlı səhifəsini isə bu gün Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevlə Türkiyə Prezidenti R.T.Ərdoğan yazdı...

Özü də Füzuli Beynəlxalq aeroportunun açılış törənində... Bu tarixin daha bir Horadiz-İstanbul səhifəsi də yazılmaqdadır... Elə bu gün həmin səhifə vərəqləndi-oxundu... Bu səhifə Bakıdan başlayıb, Qarabağdan keçib, Zəngəzuru adlayıb, İstanbula çatacaq yoldur həm də... O yol ki, 30 ildən çoxdur bağlı idi, indi Ermənistanın bağrından keçəcək... Və bu yolu çəkdirənlə çəkən həmsöhbət oldu. Beləliklə, diqqət Zəngəzura: "Bu gün təməli qoyulacaq yol Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir". 

Bunu böyük qürur hissi ilə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə prezidentlərinə Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu barədə məlumat verərkən dedi. Türkiyə Prezidenti bu qüruru bir az da rövnəqləndirdi: "Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz..."

Yol bilicisi Saleh Məmmədovun siyasi- diplomatik cavabına fikir verin: "Bəli, hələ oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun".

 

Bəli, qürurlu, şərəfli, tarixi məqamdır! Tanrı köməyimizdə olsun ki, Saleh Məmmədovun özünəməxsus hərbi-siyasi-diplomatik çalarlı cavabında dediyi o yolu sonadək gedək! 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN