booked.netbooked.net booked.net  

“Paşinyan indiki laxlamış mövqeyini tam sarsıtmamaq üçün Ermənistan cəmiyyətinə Zəngəzuru Naxçıvanla bağlayan yol barədə müəyyən fikirlər söyləyir. AmmaPaşinyan məcbur olacaq ki, erməni auditoriyasina iki təkliflə müraciət etsin”.

Bu fikirləri millət vəkili Fazil Mustafa söyləyib.

Onun sözlərinə görə, birinci təklif odur ki, ya Ermənistan Qarabağla bağlı çirkin arzularını gerçəkləşdirmək üçün yeni müharibəyə hazırlaşmalı, ya da imzalanmış üç tərəfli bəyannamənin şərtlərinə uyğun olaraq Azərbaycana yol verib, sərhədləri tanımağa razı olmalıdırlar, əks halda, Azərbaycan da Laçın dəhlizi ilə bağlı addımını ata bilər: “Bu diplomatik bir savaş müddətidir. Azərbaycan qalib dövlətdir və nəticələrinə uyğun davranacaq. Azərbaycan ordusunun Xankəndində dayanma səbəbi, üç rayonun (KəlbəcərAğdam, Laçın) itki verilmədən alınması idi. Əks halda 20 min şəhid verib o torpaqları alacaqdıq. Bu müqavilənin şərtlərinə uyğun olaraq itkisiz o torpaqları geri aldıq. Əgər gələcəkdə elə bir vəziyyət yaranarsa, şərtlərə əməl olunmasa gedib digər rayonları da azad edə bilərik”.

F.Mustafa onu da xüsusilə vurğulayıb ki, Azərbaycan xalqı 44 günlük müharibədən sonra siyasi insana çevrildi.

“Bəzi insanlarla yalan söyləmək mümkün deyil. Yalnız bir qrup insan müharibə gerçəkliyini fərqli şərh edə bilər. Amma həqiqət və deyilənlər göz qabağındadır”, - deyə F.Mustafa fikirlərini belə yekunlaşdırıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN