Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb.

Qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub. O, finalda qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycanın 9-cu qızıl medalı olub.