Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub.

Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi meydan sahiblərinin kəskin hücumları şəraitində keçib. 23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola hesabı açıb.

İkinci hissədə İrlandiya seçməsi təzyiqi daha da artırıb. 60-cı dəqiqədə Şahruddin Məhəmmədəliyev Troy Parrotun uzaq məsafədən zərbəsini geri qaytarıb. 81-ci dəqiqədə Rüstəm Əhmədzadə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilməyib. Britaniya təmsilçisinin ardıcıl bir neçə cəhdi qeyri-dəqiq alınıb. Buna baxmayaraq 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.

Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb. Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.