booked.netbooked.net booked.net  

Azərbaycan millisinin DÇ-2022-də iştirak etməyəcəyi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri artıq indidən turnirə qatılmaq xəyalı ilə vidalaşıb.

Bu, Avropa zonası üzrə seçmə mərhələnin VI turundan sonra baş verib. Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamızın möcüzədən asılı olan nəzəri şanslarının üzərindən Serbiya xətt çəkib. Balkanlılar İrlandiya səfərində 1 xal qazanıblar - 1:1.

Bununla da 1 xala malik Azərbaycanla liderlərdən uzaq düşüb. Portuqaliya 13, Serbiya 11 xalla autsayderlər üçün əlçatmazdır.

Bu isə o deməkdir ki, Azərbaycan qalan üç oyununun hamısında qalib gəlsə belə nəinki 1-ci, heç 2-ci yeri də tuta bilməyəcək.

Qeyd edək ki, Avropa zonasında qrup qalibləri Qətər-2022-yə birbaşa vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda Millətlər Liqasından gələcək iki yığma ilə pley-off mərhələlərində 3 yer üçün mübarizə aparacaq.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN