Xəbər verildiyi kimi, Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2023-ün seçmə mərhələsində dünən növbəti oyununu keçirib. 

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “ASK Arena”da Danimarka millisi ilə qarşılaşıb.

Slovakiyadan olan hakimlər briqadasının idarə etdiyi oyun yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:8.

Azərbaycan yığması qrupdakı ilk oyunda Rusiyaya uduzmuşdu – 0:2.

Azərbaycan millisinin yer aldığı E qrupunda Danimarka və Rusiya ilə yanaşı, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları da var.