İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

"OptaJose" nəşrinin xəbərinə görə, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda "Malyorka"nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Fransalı forvard qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Benzema 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə verib ki, bu da XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. O, bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.

Qeyd edək ki, "Real Madrid" 16 xalla turnir cədvəlinə başçılıq edir.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA